top of page

 İnsan yaradılışından etibarən xəstəliklərlə mübarizə etməyə çalışmışdır.Həm müasir qərb tibbi,həm də alternativ tibb bəşəriyyətin bu böyük mücadiləsi nəticəsində ortaya çıxmış və əsrlərlə inkişaf edərək indiki vəziyyətinə gəlib çatmışdır.

     Alternativ tibbin tarixi çox qədimdir.Əski papiruslarda,daş kitabələrdə insanların bir başqasını sağaltmaq ,yardım göstərmək üçün əllərini onun üzərində gəzdirməsi,masaja bənzər hərəkətlər etməsi rəsimləri məlumdur.

    Çin,Tibet,Misir,Hindistan,Mesopotamiya və s. ölkələrdəki arxeoloji araşdırmaların nəti-  cəsində bunun  saysız-hesabsız örnəklərinə rast gəlinmişdir.

 Müasir qərb tibbi əsasən XVIII əsrin ortalarından inkişaf etməyə başlamışdır.Hal-hazırda alternanativ tibb yardımçı,tamamlayıcı tibb rolunu oynamaqdadır.Bir çox xəstəlik və rahatsızlıqlarda da çox yaxşı nəticələrə nail olunmuşdur.

   Alternativ tibbin ən böyük bölümlərindən biri də bioenerji-biomaqnetizm(köhnə adı ilə mesmerizm) və akupunkturdur.

   Akupunkturda insanın bədənində yerləşən 12 ədəd (2-si ekstraordinar olaraq 14 ədəd) meridianlar üzərindəki bioloji aktiv nöqtələrə xüsusi (özəl olaraq akupunktur üçün hazırlanmış) iynələr batıraraq enerji dolaşımındakı (sirkulyasiya) pozuntuları normallaşdı-

rılmağa çalışılır.

  Əslində hər şeyin bir enerjisi vardır.Bioenerji canlının yaşam,həyat enerjisi (bios-həyat) deməkdir.

İnsan yaşadığı müddətcə bioenerji onunla bərabərdir. Avtomobil, cib telefonu və s. akkum-  lyatoru və ya batareyası boşaldığı zaman işləməz.İçərisindəki naqillərdə qopma,qırılma olduğu zaman funksiyaları pozular.İnsan da bütün sistemlərilə şüurlu, mükəmməl canlı aparatdır.Normal fəaliyyət göstərməsi üçün bioenerji sistemi tarazlıqda olmalıdır.

 İnsan daima dünya və kainatın enerji mübadiləsi və təlatümlərinin təsir dairəsi içərisində yer almaqdadır.Onsuz da nəticə etibarı ilə insan orqanizmi də ən alt səviyyədə enerji toplusundan ibarətdir( kvarklar).

     Vücudun xarici mühitlə möhtəməl enerji mübadiləsini ÇAKRAlar həyata keçirir.

     Bədən içərisindəki enerji dolaşımı KENRAK SİSTEMİ adlanan 32 ədəd çox incə divarlara malik özəl "naqil"lərlə-damarlarla mümkün olur.Bu sistem 1962-ci ildə Şimali Koreyalı alim Prof. Dr. Kim Bong Han tərəfindən kəşf edilmişdir.

     Alternativ tibbə insanın 7-ə qədər bədəni olduğu bəllidir(fiziki,astral,efir,mental və  s.).   Eyni zamanda bu bədənlərdə daima fiziki və kimyəvi proseslər baş verir.Nəticədə canlının ətrafını atmosfer kimi əhatə edən maqnit sahəsi yranır.Bu sahəyə AURA deyilir. Aurada negativ və pozitiv enerji tarazlıqda olmalıdır ki,insan özünü praktiki sağlam hiss etsin.

    Bütün bu enerji mübadiləsi və dolaşımının (sirkulyasiyasının) qənaətbəxş təminatı üçün insana AKKUMLYATOR-SOLAR PLEXUS (GÜNƏŞ KƏLƏFİ) da hədiyyə edilmişdir.

    Hər hansı bir səbəblə və ya səbəbsiz olaraq çakralarda enerji mübadiləsində pozulma,   Kenrak sistemində qapanma,aurada pozitv-neqativ natarazlıq və akkumlyatorda zəifləmə meydana gələ bilər. Bu vəziyyətdə insan orqanizmində narahatlıqlar,şikayətlər meydana çıxmağa başlayır.

Və artıq o zaman bioenerji-biomaqnetizm prosedurunun həyata keçirilməsinin vaxtı çatmışdır!

Kenrak sistemi 1
Kenrak sistemi 2
Solar Plexus 1
Solar Plexus 2
Chakra 2
Chakra 1
Aura 2
Aura 1
        Tel. & WhatsApp:
      (+994) 50 318 78 56       
      (+994) 50 554 66 56 
  • YouTube
  • Facebook
  • Instagram
BioEnMaq2024
bottom of page