top of page

Dr.Natiq Qaffaroğlu kiçik yaşlarından etibarən elmə,biliyə,oxumağa,öyrənməyə böyük həvəs göstərmiş,hafizəsinin güclü olması,musiqi duyarlığı ,gözəl rəsm çəkmək,şer və hekayə yazmaq istedadının olması ilə fərqlənmişdir.6 yaşında orta məktəbin birbaşa 2-ci sinfinə qəbul edilmişdir. Orta məktəbi əla qiymətlərlə bitirərək 15 yaşında ikən Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika-I fakultəsinə daxil olmuşdur (indiki  Tibb Universiteti).İnstitutu müvəffəqiyyətlə bitirərək əla qiymətlə terapevt həkim ixtisasına yiyələnmişdir.1989-cu ildə tam bir təsadüf əsəri anadangəlmə  vücudunda olan çox güclü bioenerji-biomaqnetizm yetənəyi  Moskva şəhərində Beynəlxalq Alternativ Tibb Assosiasiyasının prezidenti,Beynəlxalq Bioenerji Akademiyası başqanı Prof.Dr. Dama Cuna Davitaşvili (Yevgeniya Yuvaşevna) tərəfindən aşkarlanmışdır.

Təhsil alaraq və təcrübə keçərək 2 sertifikata yiyələnmişdir.Həm tibb,həm də alternativ tibb sahəsində uğurla fəaliyyətini davam etdirmişdir.1991-ci ildə Moskvada keçirilən Beynəlxalq Alternativ Tibb Assosiasiyasının XXIII konqresinə dəvət  almış,orada iştirak etdikdən sonra həmin ildən bu beynəlxalq birliyə üzv seçilmişdir.Elə həmin il Beynəlxalq Alternativ Tibb Assosiasiyasının baş katibi Prof.Dr.Sir Anton Cayasuriyanın rəsmi dəvəti ilə  Şri-Lankada (Seylon) həm beynəlxalq konqresdə iştirak etmiş,həm də xüsusi kurs keçərək Akupunktur üzrə  sertifikat almışdır.

ABŞ,İngiltərə,Danimarka,Portuqaliya,Norveç,İsveç,Sinqapur,Malayziya,Avstraliya,Çin,Tayvan və s. Avropa və Asiya ölkələrində keçirilən simpozium və konqreslərə dəvət edilmişdir. 

1992-ci ildə Portuqaliyaya (Lissabon) aldığı konqres dəvəti üçün 

sponsor aramaqla məşğul olduğu zaman yenə də tam bir təsadüf əsəri yolu 30-35 illik xroniki bir miqren xəstəsini müalicə etmək üçün qardaş Türkiyənin Adana şəhərinə yönəlmişdir.Xəstə yaxşılaşdıqdan sonra  "Hürriyyət"Çukurova qəze-

tində bu haqda yazı getmiş,doktorun xüsusi gücü və istedadı işıqlandırılmışdır.  

    Sonra İstanbula dəvət almış,1993-cü ildə Tibb institutu diplomu Türkiyə Cümhuriyyəti Sağlıq Bakanlığında dərəcələndirilmişdir.Azərbaycan və Türkiyənin çox sayda televiziya proqramlarınada qonaq olmuş,yaxşılaşmış xəstələri nə hiss etdiklərini,necə sağlıqlarına qovuşmalarını televiziya efirindən anlatmışlar.Natiq həkim eyni zamanda bir çox radio proqramlarında da iştirak  etmiş,qəzetlərdə müsahibələri dərc edilmişdir.O,şəfalı əllərinin bəhrəsini görmüş xəstələrindən saysız-hesabsız təşəkkür zəngləri,minnətdarlıq məktubları almışdır.

                        Məşriqdən(şərqdən)                                                                     Məğribə(qərbə)

Tel. & WhatsApp :
(+994) 50 318 78 56 ,           
(+994) 50 554 66 56 
  • YouTube
  • Facebook
  • Instagram
BioEnMaq2024
bottom of page